Yaponiyanın All Nippon Hava Yollarına (ANA) məxsus “Boeing-767” sərnişin təyyarəsi Fukuoka hava limanına təcili eniş edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, təyyarənin məcburi eniş etməsinin səbəbi mühərrikində baş verən yanğın olub. Məlumata görə, təyyarədə 278 sərnişin və ekipaj üzvü olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
DİGƏR XƏBƏRLƏR