Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yanvarın 1-dən bütün pensiyalar artacaq

Yanvarın 1-dən pensiyalar orta aylıq əməkhaqlarının artımı qədər artırılacaq. Bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. Onun sözlərinə görə, bu artımın 13-14 faizə yaxın olacağı gözlənilir: “Yanvarın 1-dən pensiyalar orta aylıq əməkhaqlarının artımı qədər - təxminən 13-14 faizə yaxın artırılacaq. Bu, bütün pensiyalara, o cümlədən minimum pensiayalara şamil olunacaq”.

A.Kərimov əlavə edib ki, artımdan sonra minimal pensiyaların məbləğinin 230 manata çatacağı gözlənilir: “Artıq minimum pensiyaların məbləğini təqribən 72 faiz artıraraq 200 manata çatdırmışıq. Biz gözləyirik ki, indeksləşdirilmə nəticəsində baş verəcək artımdan sonra pensiyaların minimal məbləği 230 manata yaxın olacaq. Prezident İlham Əliyevin də tapşırığı var ki, əhalinin sosial təminatı gücləndirilməli, sosial rifah yaxşılaşdırılmalıdır. Buna görə də hazırda pensiyaların minimal məbləğinin artırılması nəzərdən keçirilir”.






10 Dekabr, 2019  15:58 Baxılıb: 966 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner