Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Övladlarına işgəncə verdiyi deyilən valideynlər danışıb

Azərbaycanda anaları vəfat etmiş iki azyaşlı qardaşın ögey ana və atası tərəfindən işgəncələrə məruz qalması ictimaiyyətin qəzəbinə səbəb olub. Məsələ ilə artıq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində araşdırmalara başlanılıb. Adıçəkilən ögey ana və doğma ata dünən "Səni axtarıram" proqramına gələrək onlara qarşı olan bütün ittihamları rədd edib. Ata Xəqani Kazımov və həyat yoldaşı Nuranə, yəni ögey ana uşaqlara qarşı şiddət göstərmədiklərini bildirib. Hər ikisi qarşı tərəfi - ana babanı və xalanı böhtan atmaqda günahlandırıb. Xəqani söhbət əsnasında Nuranənin 4 aylıq hamilə olduğunu bildirib. Onlar 3 ildir evlidirlər.

Qeyd edək ki, Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların anası onlar körpə ikən vəfat edib. Himayəsində qaldığı ataları, Ağcabədi rayon sakini Xəqani Kazımov isə Nuranə adlı qadınla ailə qurub. Ögey ana uşaqlara müxtəlif işgəncələr verib. Hər iki uşağın bədənində müxtəlif dərəcəli xəsarətləri əks etdirən görüntülər mövcuddur. Uşaqlar hazırda ana babasının yanındadırlar. Onların atasının himayəsindən alınıb babasına verilməsi üçün Sabunçu rayon məhkəməsinə müraciət edilib.( baku.ws )






10 Dekabr, 2019  12:31 Baxılıb: 194 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



17 Yanvar, 2020  16:15

17 Yanvar, 2020  15:22




17 Yanvar, 2020  13:51


17 Yanvar, 2020  11:02

17 Yanvar, 2020  10:35









16 Yanvar, 2020  09:21

15 Yanvar, 2020  17:38








15 Yanvar, 2020  14:14


15 Yanvar, 2020  10:51



14 Yanvar, 2020  14:14

14 Yanvar, 2020  14:03



14 Yanvar, 2020  10:48




14 Yanvar, 2020  09:55

14 Yanvar, 2020  09:24







sagbanner