Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"ANS"in vitse-prezidenti yeni şirkət yaratdı

“ANS Şirkətlər Qrupu” MMC-nin vitse-prezidenti, tanınmış jurnalist Seyfulla Mustafayev yeni şirkət yaradıb. Simsar.az "Report”a istinadən xəbər verir ki, söhbət “İNS ÇM” MMC-dən gedir.

Yeni kommersiya qurumunun adı 2016-cı ilin iyul ayına qədər adı çəkilən holdinqin tərkibində fəaliyyət göstərmiş Milli Qəhrəman Çingiz Mustafayev adına “ANS ÇM” radiosunu xatırladır. Milli Televiziya və Radio Şurası bu günlərdə həmin radionun vaxtilə yayımlandığı 102FM tezliyini müsabiqəyə çıxarıb.

Vergilər Nazirliyinin məlumatına görə, “İNS ÇM” noyabrın 12-də dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, ev 174, mənzil 62, nizamnamə kapitalı 100 manatdır.

Seyfulla Mustafayev bildirib ki, yeni şirkətin yaradılmasında məqsəd sözügedən müsabiqədə iştirak etmək və tezliyi əldə edərək yenidən radio fəaliyyətinə başlamaqdır.






10 Dekabr, 2019  09:14 Baxılıb: 877 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner