Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Telman İsmayılovun əmlakları satışa çıxarıldı

“Çerkizov” bazarının keçmiş sahibi Telman İsmayılova məxsus kotteclər, mənzillər və qolf meydançası açıq hərraca qoyulub. Mülkiyyətin ümumi dəyəri 400 milyon rubldan (11 milyon AZN) çoxdur. “RİA Novosti” xəbər verir ki, Moskva vilayətinin Arbitraj Məhkəməsi daşınmaz əmlakın satılması qaydasını təsdiqləyib.

Maliyyə meneceri bazar dəyəri təxminən 404 milyon rubl olan əmlakı müəyyən edib. Hərraca dörd lot çıxarılıb. Birinci lota Moskvadakı Kutuzovski prospektində ümumi sahəsi 300 kvadratmetr olan beş və altı otaqlı mənzillər daxil idi. Lotun ilkin dəyəri 88 milyon rubldan çoxdur. İkinci lot Moskva vilayətinin Odintsovo rayonunda dəyəri 64 milyon rubldan çox olan iki səviyyəli bir mənzildir.

Üçüncü lot Moskvaətrafı ərazilərdə yerləşən və kottecləri olan üç torpaq sahəsidir. Başlanğıc qiyməti 201 milyondan çoxdur. Dördüncü lot qolf meydançası, infrastruktur və fərdi yaşayış sahələrini əhatə edən kompleksin inşası üçün nəzərdə tutulan təxminən 2,5 hektar bir torpaq sahəsidir. Torpaq sahəsi Moskva vilayətinin Skolkovo kəndində yerləşir.

Xatırladaq ki, 2017-ci ilin mart ayında Arbitraj Məhkəməsi İsmayılovu müflis elan edib və əmlakının satılması prosedurunu açıq elan edib.






9 Dekabr, 2019  14:00 Baxılıb: 850 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner