Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Mən balqabaq deyiləm, "karennoy" şirvanlıyam" - İcra başçısının müavinindən AÇIQLAMA

Şirvan şəhər icra başçısının müavini Elmira Ağayeva fotoları yayılan əmlakı ilə bağlı məsələyə münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, Şirvan Şəhər İcra  Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elmira Ağayeva Unikal.org-a açıqlamasında bildirib ki, haqqında yazıldığı qədər əmlakı yoxdur:

"Biz nə sərçə, nə də qaranquş deyilik ki, budaqda yaşayaq. Qadınam, amma gəl kişiyana danışaq. Yaşamaq üçün hərənin bir evi olmalıdır. Bir evin fotosu düzgün çəkilib, o oğlumun evidir. 1995-ci ildə alınmış torpağın içində tikilib. O evin də həyətində oğlum qaloşla, potu ilə gəzir. Mənim iki oğlum var. Hazırda da onların himayəsində yaşayıram. Qonşuların darvazasını çəkmək hansı əxlaqa sığır? Qonşuların, pozğunların darvazasını çəkib, niyə mənim olduğunu, hətta salam vermədiyim adamın darvazasını çəkib, mənim adımı qeyd edirlər. Orda lazer epilyasiya yazılan salonu oğlum Yaşar adlı şəxsdən aylıq 200 manata icarəyə götürüb. Oğlum ali təhsilli ola-ola 14 ildir işləmədiyi üçün icarəyə götürüb. Oba market də mənim deyil, gəlinimindir. Kimsə tülkü kimi kiminsə ayağının altından keçibsə, kül o kişinin başına. O fotoları çəkən adam kameraya düşüb. Mən Şirvanda doğulub, yaşayan adamam. Mən balqabaq deyiləm, "karennoy" şirvanlıyam. Yeni başçımıza da bu məsələ ilə bağlı görüşüb, məlumat verdim. Mən həmişə dövlətə, xalqıma sözün düzünü demişəm. Həm iqtidarın, həm də müxalifətin sözünü demişəm. Düz mənim üçün həmişə düzdür".






26 Noyabr, 2019  12:19 Baxılıb: 908 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner