Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Tutu dieta

Həsən Məmmədov - 81

Həsən Ağaməmməd oğlu Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda anadan olub.  Doğulduğu rayonda 2-saylı orta məktəbə daxil olub və 1956-cı ildə həmin məktəbi bitirib. İndiki Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsinə q'bul olan aktyor 2-ci kursdan universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib. 1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr institutunun dram və kino aktyorluğu fakultəsinə daxil olub. 1962-ci ildə Mehdi Məmmədovun kursunu bitirib. Teatr və kino sahəsində göstərdiyi xidmətlərə görə o, Azərbaycan Respublikasının əməkdar və xalq artisti adlarına layiq görülüb.  Aktyor 2003-cü il 26 avqustda vəfat edib.

...Baxışlarındakı məna, səsindəki həlimlik, çöhrəsindəki mülayimlik onun necə mehriban sadə və sakit bir insan olduğundan xəbər verir. O, milli kinomuzun aparıcı və əvəzsiz aktyorlarından olub. 100-ə yaxin filmdə irili-xırdalı rollar yaradan aktyor "Böyük dayaq” filmi ilə kinoda ilk böyük rolunu oynayıb. Bəli, ilk böyük rolunu Qaraşı oynamaqla H.Məmmədov aktyorluq sənətində böyük imkanları oldugunu sübut etdir. Aktyorun yaratdıgı rolların fərqlililiyi xarakterik xüsusiyyətləri həm də həmin obrazların qəhrəman insanlardan ibarət olması idi. İti baxışlı Abasqulu bəy, təmkinli Bəxtiyar, ürəyi sevgi dolu Qaraşı, sadə neftçi Murad, şərəfli Mirzə Səfər.İlk yaradıcılığa teatrdan başlayan Həsən müəllim teatr sahəsində öz rejissorunu tapa bilməyərək kinoya üz tutub. Bir zamanlar rus rejissorların Azərbaycana axın etdiyi və öz həmvətənlərimizi deyil əcnəbi aktyorların Azərbaycan filminə çəkildiyi bir vaxtda Həsən Məmmədov sənəti ortaya çıxdı. Rejissorlar bu böyük aktyorun film üçün yarandığını və çox potensiallı olduğunu gördülər. O, həyatda çox sadə, gördüyü işlə lovğalanmayan, heç kəsin qəlbinə toxunmayan bir insan kimi yaşayıb. Gecikən çəkilişləri səbirlə yola verib, uşaq kimi kənarda oturub sakitcə öz vaxtını gözləyib deyirlər. Onu heç nə yormayıb, heç nə usandırmayıb. Çəkildiyi filimlərin əksəriyyəti, keçmiş sovet dönəminin tələblərinə uyğun hazırlanan filimlərdir. Ancaq rejim də bu böyük sənətin qarşısında aciz qalib. H.Məmmədov sözügedən rollarda yenə də milliliyi, Azərbaycan kişisinə xas olan sifətləri qoruyub saxlayıb.

Düşünürəm Həsən Məmmədov sağ qalsaydı, o da bu gün digər aktyorlar kimi Azərbaycan kinosunun xiffətini çəkəcəkdi. Baxmayaraq ki,  o dövlət tərəfindən layiqli adını, həm də Azərbaycan xalqının sevgisinin qazanıb. Amma nə yazıq ki, bu gün Azərbaycan gəncləri və yetişməkdə olan gənclik  Həsən Məmmədovu tanımır. O gənclər ki, H.Məmmədovu tanıyır deməli onlar tariximizə biganə deyil, sənətimizə hörmət edir.

Həsən Məmmədov kimi insani keyfiyyətlərlə zəngin olan bir aktyor bəlkə də daha dünyaya gəlməyəcək. O, Allahın seçilmiş bəndəsi idi. Düzdür Həsən Məmmədovdan öncə də dahi aktyorlarımız olub. Amma gerçəyi inkar etmək olmaz. Əgər bu gün H.Məmmədov yoxdursa, onun davamçılarını yaratmaq lazımdır. Onun rol aldığı kinolar, aktyorluq sənətinə gələn gənclər üçün bir məktəbdir.

Bu gün böyük sənətkarın doğum günüdür. Hörmətlə yad edirik.

Sevinc Vəliyeva ("Simsar" Jurnalı)






22 Noyabr, 2019  14:31 Baxılıb: 235 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





13 Dekabr, 2019  14:00




13 Dekabr, 2019  09:36

13 Dekabr, 2019  09:33




12 Dekabr, 2019  12:31





12 Dekabr, 2019  09:25








11 Dekabr, 2019  13:22






11 Dekabr, 2019  11:08



11 Dekabr, 2019  09:21





10 Dekabr, 2019  13:41




10 Dekabr, 2019  09:55

10 Dekabr, 2019  09:52




sagbanner