Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Baş Prokurorluq açıqlama yaydı

Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin rəisi Hüseyn Abdullazadənin, Gəncə regional bölməsinin Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri Kamran Əzizovun, Lənkəran regional bölməsinin rəisi Əlimuxtar Bağırovun, Lənkəran regional bölməsinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun böyük məsləhətçisi Habil İsmayılovun barələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində guya araşdırmalar aparılması ilə bağlı məlumatlar dərc edilib. Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı açıqlamada bildirilib ki, həmin informasiyalar həqiqəti əks etdirmir: "Eyni zamanda bildirilir ki, adları qeyd edilən şəxslərlə bağlı Qida Təhlükəsizliyi Agentliyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə hər hansı material daxil olmamış və həmin şəxslər barəsində Baş İdarədə araşdırma aparılmayıb.

Kütləvi informasiya vasitələrinin nümayəndələrindən bir daha xahiş edilir ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması və bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə həmin məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü Baş Prokurorluğun Mətbuat Xidməti ilə dəqiqləşdirsinlər.






20 Noyabr, 2019  15:13 Baxılıb: 860 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner