Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Xəzərdə neftçi batıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında 1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlunun batması barədə məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

"SOCAR" dənizdə batan şəxsin kimliyinə aydınlıq gətirib.  “SOCAR”ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov APA-ya bildirib ki, dənizdə batdığı bildirilən İlqar Şərifov neftçidir: "Lakin o, “SOCAR”ın əməkdaşı deyil. İlqar Şərifov “AzGerneft”in əməkdaşıdır. “AzGerneft” MM isə “SOCAR”ın birgə müəssisəsidir. Hadisə iş prosesi zamanı baş verməyib. İlqar Şərifov işdən sonra dənizdə batıb. Hazırda onun axtarışları davam etdirilir”.






18 Noyabr, 2019  15:12 Baxılıb: 1065 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner