Teleaparıcı Elçin Əlibəyli televiziyadan getdiyini açıqlayıb. Bu barədə o, “Space” TV-də yayımlanan “El bizim, sirr bizim” proqramında məlumat verib. Teleaparıcı axırıncı dəfə proqram apardığını və birdəfəlik televiziyadan getdiyini açıqlayıb: “Sizlərə son sözümü söyləyirəm. Bu, mənim sizinlə sonuncu görüşümdür. Öz sənətimə, peşəmə dəyər verdiyim üçün televiziyadan gedirəm. Sizinlə, televiziya ilə vidalaşıram”.(oxu)