Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda hündürmərtəbəli binada yanğın baş verdi, 10 nəfər zəhərləndi

Xətai rayonunda hündürmərtəbəli binada yanğın hadisəsi baş verib. Yanğın “Neapol” dairəsi, Neapol küçəsi 16 ünvanında qeydə alınıb.İkibloklu binanın mansard hissəsi təxminən, 180-200 kv/m ərazidə yanıb. Bunu jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Qərargahının rəisi Əkbər Novruzov deyib. Onun sözlərinə görə, 18-ci mərtəbədə yerləşən 6 mənzildən dördünün mansardı təxminən, 20 kv/m, 2 mənzilin isə həm mansard, həm də daxilində olan yanar konstruksiyaları, 60 kv/m sahədə yanıb:“Eyni zamanda, binanın birinci mərtəbəsindən on səkkizinci mərtəbəsinə qədər şaxta hissəsindən keçən naqillər təxminən, 60 p/m sahədə yanıb. Əraziyə 2-ci dərəcəli çağırış elan edilib. Bakı qarnizonunun 15 yanğınsöndürmə avtomobili və 64 nəfər briqada heyəti cəlb edilib. Bina sakinləri təxliyə edilib, mənzil və mansardlarda olan yanar konstruksiyalar sökülərək yanğının qarşısı alınıb”.

Ə.Novruzov bildirib ki, yanğının baş verməsinə ilkin ehtimal şaxtadan keçən naqillərdə həddən artıq yüklənmə səbəbindən yaranan qısaqapanmanın mansardda olan naqillərə keçməsi olub: “Mansardda olan 6 mənzildən 5-i xeyli zərər görüb, həmin mənzillərdə yaşayanlar arasında xəsarət alanlar var və onlara əraziyə çağırılan təcili tibbi yardım briqadaları ilkin tibbi yardım göstərib. Yanğın zamanı FHN-in əməkdaşlarından xəsarət alan olmayıb. Ümumilikdə isə hadisə zamanı 10 nəfər tüstüdən zəhərlənərək xəsarət alıb. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, digər zərərçəkənlər isə Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib”.

Hadisə zamanı xəsarət alanların siyahısı:

1965-ci il təvəllüdlü Salmanova Şəfəq Şabəddin qızı;

Onun bacısı, 1968-ci il təvəllüdlü İsmayılova Şəlalə Şabəddin qızı;

32 yaşlı Əliyev Zaur Arzuman oğlu;

Onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Əliyeva Səbinə Asif qızı;

Onların övladları: 2013-cü il təvəllüdlü Əliyeva Ayan Zaur qızı; 2016-cı il təvəllüdlü Əliyeva Aliyə Zaur qızı; 2018-ci il təvəllüdlü Əliyev Asim Zaur oğlu;

33 yaşlı Tağıyeva Sevinc Əbilfəz qızı;

Onun övladları: 2008-ci il təvəllüdlü Tağıyev Əhməd Rəşad oğlu; 2014-cü il təvəllüdlü Tağıyeva Elay Rəşad qızı.(oxu)

 

 

 






15 Noyabr, 2019  07:15 Baxılıb: 1068 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner