Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İslam Peyğəmbərinin mövlududur

Qəməri təqvimlə rəbiül-əvvəl ayının 12-dən 17-nə qədər müsəlmanlar sonuncu peyğəmbər həzrət Məhəmmədin (s) mövludunu qeyd edirlər. Bu ilə mövlud günləri miladi təqvimlə 9-15 noyabr tarixlərinə təsadüf edir. Bayram günləri ilə bağlı ilahiyyatçı Hacı Şahin Həsənli yazıb: "Müsəlman dünyası Allahın sonuncu elçisi həzrət Məhəmmədin (s) mövlud günlərini qeyd edir. Peyğəmbərimizin (s) göz açdığı dünya ziddiyyətli idi. Həmin dövrü "qaranlıq əsrlər" yaxud "cahiliyyət" adlandırmağımız onunla bağlıdır ki, həmin dövrü bugünümüzlə müqayisə edirik. Lakin elə həmin dövrdə yaşasaydıq, qarşımızda ehtişamlı şəhərləri, qüdrətli orduları, işlək idarəçilik sistemləri ilə dünyaya meydan oxuyan böyük sivilizasiyaları, imperiyaları görərdik. Amma bütün bu cah-cəlal və qüdrət arxasında gizlənmiş insan faciəsi Peyğəmbərimizin (s) zühuru ilə üzə çıxdı. Unudulmuş səhralıqdan çıxan bir peyğəmbər insanlığın düşdüyü mənəvi böhrandan çıxış yolu göstərdi. Sükuta qərq olmuş tarix canlandı.

Bu gün də insanlıq faciəsi təm-təraqlı görüntü arxasında gizlənib. Bu gün də dünya Peyğəmbər (s) nümunəsinə ehtiyaclıdır. Peyğəmbərimizin (s) ilk addımı Mədinədə müxtəlif din və millət mənsublarını bir araya gətirməsi oldu. "Hansı qibləyə üz çevirməyinizdən asılı olmayaraq, xeyir işdə bir birinizlə yarışın", "hansı əqidəyə mənsub olsanız da, insani fitrətinizə söykənin", "nə qədər fikir ayrılığınız olsa da, ümumi dəyərlər axtarın" prinsipləri hakim idi onun rəhbərlik etdiyi cəmiyyətdə. Bütün bunlarla, əslində islam ümmətinin inkişaf strategiyasını təyin etdi peyğəmbərimiz(s). Həzrət Məhəmməd(s) bəşəriyyətə qənim kəsilən zülmə məhz bu yolla meydan oxudu. Günümüzdə də, bu prinsipləri ilk olaraq müsəlmanlar öz aralarında bərqərar etməli və dünyaya nümunə olmalıdırlar.

Aləmlərə rəhmət olaraq göndərilən bir peyğəmbərin mövlud günləridir. Hamınızı təbrik edir, Peyğəmbərimiz (s) kimi mərhəmət mənbəyi olmağı, dünyaya işıq saçmağı arzu edirəm!"

hacıshahin.az






13 Noyabr, 2019  14:27 Baxılıb: 1018 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner