Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yağış yağacaq, külək əsəscək - SABAHIN HAVASI

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az - a verilən məlumata görə, noyabrın 14-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-12, gündüz 14-16, Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək - 769 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 14-18, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 14-dən 17-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.






13 Noyabr, 2019  14:15 Baxılıb: 873 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner