Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Azərbaycanda daha bir ana ölümü baş verdi

İcbari Tibbi Sığorta Dövlət Agentliyi (İTSDA) Yevlaxdakı ana ölümü ilə bağlı məlumat yayıb. İTSDA-nın mətbuat xidmətindən verilən məlumata görə, 8 noyabr 2019-ci ildə Yevlax rayon sakini, 28 yaşlı Gülanə Əliyeva ikincili hamiləlik dövründə səhhətində yaranan problemlərlə bağlı ailə həkiminin göndərişi ilə Yevlax rayon Mərkəzi Xəstəxanasına müraciət edib: “Yevlax rayon Mərkəzi Xəstəxanasında aparılmış müayinə nəticəsində G.Əliyevada hamiləliklə yanaşı patologiyalar aşkarlanıb. Tibbi təlimata əsasən o, həmin gün təcili tibbi yardım maşını ilə həkim nəzarəti altında Səhiyyə Nazirliyi akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Patoloji hamiləlik söbəsinə göndərilib. 10 noyabr 2019-cu il tarixində G.Əliyeva həmin tibb müəssisəsində uşaq dünyaya gətirib”.

Rəsmi məlumata görə, ananın ölümü doğuşdan sonra baş verib: “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş vermiş ana ölümü ilə bağlı araşdırmanın aparılması Səhiyyə Nazirliyinin səlahiyyətindədir”.(modern)






12 Noyabr, 2019  15:47 Baxılıb: 1046 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner