Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu gün Azərbaycanda Konstitusiya günüdür

19 il əvvəl qəbul edilən Konstitusiya demokratik respublika modelinə keçidin hüquqi əsasını təşkil edir.

Simsar.az xəbər verir ki, 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiya, Azərbaycanı demokratik prezident respublikası elan etdi. Bununla da Azərbaycanda 1920-ci ildən sonra qurulmuş hüquqi-siyasi sistem, rəsmi olaraq öz mövcudluğuna son qoydu.158 maddədən ibarət yeni Konstitusiya, sovet respublika modelindən demokratik respublika modelinə keçidin hüquqi əsasını təşkil etdi.

Əsas qanunun qəbul edilməsindən yeddi il sonra isə 2002-ci ilin avqustun 24-də referendum keçirildi, Konstitusiyanın 24 maddəsinə əlavə və dəyişikliklər edildi. Bu əlavə və dəyişikliklər, Azərbaycanın Avropa Şurasına qəbul edilərkən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi demək idi. Orada bildirilir ki, 18 il əvvəl qəbul edilmiş Konstitusiya, Azərbaycanın fəaliyyətinin əsas prinsiplərini, demokratik dövlət quruculuğu prosesinin başlıca istiqamətlərini, vətəndaşların fundamental hüquq və vəzifələrini müəyyən edib.

Konstitusiyanın qəbulundan sonra ölkəmizdə bir çox sahələrdə, xüsusən də hüquqi dövlət quruculuğu və insan haqlarının təmini sahəsində əhəmiyyətli dəyişikliklər baş verib. Hakimiyyət bölgüsü prinsipinin daha ardıcıl həyata keçirilməsi üçün məhkəmə-hüquq islahatları aparılıb, respublikamız insan hüquqları sahəsində bir çox konvensiyalara qoşulub, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün ölkə daxilində yeni mexanizmlər yaradılıb.

Xatırladaq ki, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağli 2009-cu ildə də ümumxalq referendum keçirilib.






12 Noyabr, 2019  11:16 Baxılıb: 945 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner