Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Xəzərdə suyun səviyyəsi 18 sm azalıb

Cari ilin yayında Xəzər dənizində suyun səviyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 18 santimetr azalıb. Bunu İranın Xəzər Dənizinin Araşdırmalar və Təhqiqat Milli Mərkəzinin rəhbəri Məsumə Bəni Haşemi deyib.

M.Bəni Haşeminin sözlərinə görə, Xəzərdə su səviyyəsinin azalması bu ilin yazı ilə müqayisədə təxminən 6% çoxdur. Bu, yayda suyun səviyyəsinin azalmasının çox olduğunu göstərir. Mərkəz rəhbəri əlavə edib ki, Xəzər dənizinin səviyyəsinin azalmasının əsas səbəbi dənizə daxil olan suyun 80%-i təmin edən Volqa çayının müxtəlif məqsədlər üçün idarə olunması, Qazaxıstan, Rusiya və Azərbaycanda yağıntıların azalmasıdır. “İranın şimal vilayətlərinın çayları vasitəsilə Xəzərə axan suyun faizi isə o qədər də yüksək deyil (5%)".

İranlı rəsmi deyib ki, Xəzər dənizində su səviyyəsinin azalması İranın bəzi sahillərində, xüsusilə Gülüstan vilayətində sahil xəttinin dəyişməsi ilə nəticələnə bilər. Məlumatlara görə, ildə təxminən 240 milyard kubmetr su Volqa çayından Xəzər dənizinə axır. Bu isə Xəzərə axan suyun 80-85%-i təşkil edir. (trend)






31 Oktyabr, 2019  15:14 Baxılıb: 256 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



17 Sentyabr, 2020  10:18

16 Sentyabr, 2020  09:30






10 Sentyabr, 2020  10:09




9 Sentyabr, 2020  14:11






9 Sentyabr, 2020  09:31





5 Sentyabr, 2020  10:17


4 Sentyabr, 2020  13:34




3 Sentyabr, 2020  11:48

1 Sentyabr, 2020  13:52



1 Sentyabr, 2020  09:18






31 Avqust, 2020  09:11



29 Avqust, 2020  11:20



26 Avqust, 2020  09:12

25 Avqust, 2020  13:38

sagbanner