Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Hacı Şahin Həsənli yazır: "Dindarlıq imtiyaz deyil, məsuliyyətdir!"

İlahiyyatçı Hacı Şahin Həsənli dinin praktiki tətbiqi və bu istiqamətdə edilən səhv yanaşmalarla bağlı məqalə yazıb. Məqaləni oxucularımıza təqdim edirik:

Realizm, praqmatizm kimi anlayışların dinlə uzlaşmadığını düşünənlər kökündən yanılırlar. Bu yanlış düşüncənin formalaşmasında inanclıların da rolu az deyil. Din, mücərrəd dəyərlər məcmüəsi müstəvisindən praktiki müstəviyə keçməlidir. Bununla biz dəyərləri inkar etmirik, əksinə onların mənimsənilməsinə yardım göstəririk. Düşünürəm ki, günümüzdə ən önəmli mövzulardan biridir. Dinin əsas davası reallıq hissinin itirilməsinin qarşısını almaqdan ibarətdir.

Peyğəmbərimizin (s) məşhur duasında deyildiyi kimi: “Allahım, hər şeyi mənə olduğu kimi göstər”.

Amma din adamı reallıq hissini itirmiş, konspiroloji nəzəriyyələrə maraq göstərən, heç kimə lazım olmayan “dəyərlərə” yorucu şəkildə insanları dəvət edən, həmişə hər şeydən narazı olan, deyingən bir varlıq stereotipinə çevrilib. Olduqca təhlükəli bir tendensiyadır.

Tarixin gedişatı göstərir ki, din böyükləri ən böyük praqmatiklər olublar. Günümüzdə də din öz praktiki önəmini göstərməlidir. İnsanlar nəsihətdən, dindarların əxlaq polisi funksiyasını yerinə yetirməsindən yorulub. Bir daha vurğulayıram əxlaqın da, mənəviyyatın da cəzbedici olmasının yeganə yolu, bunların praktiki əhəmiyyətinin çatdırılmasındadır.

Hər şeyi inkar etməklə kifayətlənməyib, örnək təqdim etmək zamanıdır. Dinin cazibəsi təkcə nəzəriyyəsinin gücündə deyil, uğurlu, pozitiv, hadisələri düzgün qiymətləndirməyi bacaran insanların sayının inanclılar arasında artmasındadır. Din uğursuz, biçarə insanların sığındığı bir çətir deyil, insanlara güc, qüdrət, hərtərəfli uğur gətirən bir enerji mənbəyidir.

Heç kimə imkan verilməməlidir ki, din vasitəsilə öz bacarıqsızlıq və mədəniyyətsizliyini kompensasiya etsin. İnsanın imanının meyarı onun nizam-intizamı, dürüstlüyü, intellekti, mədəniyyəti və real uğur göstəriciləridir.

Dindarlıq imtiyaz deyil, məsuliyyətdir!

hacishahin.az

 






10 Oktyabr, 2019  14:55 Baxılıb: 1686 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner