Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Sevginin dili yoxdur" - Jest dilində 2-ci poeziya gecəsi olacaq - VİDEO

Oktyabrın 12-də saat 17:00-da Bakı Kitab Mərkəzində eşitmə məhdudiyyətli oxucularla tanınmış şairlərin görüşü keçiriləcək. Simsar.az xəbər verir ki, birinci təqdimatında uğur qazanmış "Sevginin dili yoxdur" layihəsi "Deaf Community MMC" və "Ümid var" xeyriyyə könüllüləri təşkilatının birgə layihəsi olub, eşitmə məhdudiyyətli insanlar tərəfindən tanınmış şairlərin şeirlərinin jest dilində tərcüməsi ilə həyata keçirilən bir layihədir.

Layihənin əsas məğzi eşitmə məhdudiyyətli şəxslərin də şeir, ədəbiyyat, poeziyaya olan marağını artırmaq, həm də şeir demək, onu hiss etmək üçün sadəcə səsin vacib olmadığını, bunu onlarin öz jestləri ilə də ifadə edə biləcəklərini göstərməkdir.

Eyni zamanda bu görüş qonaq kimi iştirak edən dəyərli şairlərin də şeirlərinin bu yöndə təqdim edilməsi, onları jest dilinə daha da yaxınlaşdıracaq, şeirlərinin fərqli tərzdə, qabiliyyətli insanlar tərəfindən deyilməsini izləmələrinə şərait yaradacaq.

Poeziya gecəmizə bu dəfə həm də Mədəniyyə Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində baş tutacaq. Layihənin rəhbəri tanınmış şairə Nigar Həsənzadə tədbirin aparıcısı olacaq.

Bu dəfəki görüşdə Nəriman Həsənzadə, Fikrət Qoca kimi şairlər iştirak edəcək və onların şeirləri, eyni zamanda Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri həm eşitmə məhdudiyyətlilər, həm gənclər tərəfindən jest dilində tərcümə ilə təqdim ediləcək.

Görüş "İmadəddin Nəsimi ili"nə ithafən təşkil edildiyi üçün Nəsimi qəzəlinin də tədbirdə jest dilində təqdimatı həyata keçiriləcək. Görüşdə Azərbaycan Respublikasının Dövlət Himninin  eşitmə məhdudiyyətli gənclər tərəfindən jest dilində canlı tərcüməsi də təqdim olunacaq.

 






10 Oktyabr, 2019  14:16 Baxılıb: 1133 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ

16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














sagbanner