Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlara dəyişiklik III oxunuşda qəbul edilib. “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanunun 1-ci (Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri təsdiq edilsin) və 2-ci (Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə təsdiq edilsin) hissələri ləğv olunub.

“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunun isə 9-cu (Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər) maddəsinə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında və “Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanununda müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Maddənin 2-ci (Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Pantone 306C rənginə, qırmızı rənginin Pantone Red 032C rənginə, yaşıl rənginin Pantone 362C rənginə uyğunluğu təmin edilməlidir) hissəsi isə çıxarılıb.

Qanun layihələrinə dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.(apa)






8 Oktyabr, 2019  12:35 Baxılıb: 867 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner