Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

Azərbaycanın Baş naziri vəzifəsinə gətirilən Əli Əsədov kimdir? - TƏRCÜMEYİ-HAL

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun bu gün istefa verəcək. Yeniavaz.com xəbər verir ki, N.Məmmədovun məsələsi Milli Məclisin bu gün keçiriləcək iclasının da gündəliyinə daxil edilib.

Rəsmi məlumata görə, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə Əli Əsədov gətirilir.

İclasın gündəliyinə daxil edilən 1-ci məsələ “Ə.H.Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” sənəddir.

Bəs Baş nazir vəzifəsinə gətirilən Əli Əsədov kimdir?

Tərcümeyi-halını təqdim edirik:

Əsədov Əli Hidayət oğlu 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olub. 1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş lobarant kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub.1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışıb.1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Ölkə Prezidentinin 17 aprel 1998-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, 29 noyabr 2012-ci il tarixli sərəncamla isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.

2017-ci ilin 1 iyununda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilib.

Bu dəyişiklik nəticəsində Əli Əsədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri təyin olunub.

Ə.Əsədov 2012-ci ilin iyun ayında 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2016-cı il 30 noyabrda 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 1-dərəcə dövlət müşaviridir.






8 Oktyabr, 2019  11:41 Baxılıb: 205 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
16 Noyabr, 2019  12:15



16 Noyabr, 2019  11:29

16 Noyabr, 2019  11:16

16 Noyabr, 2019  11:13


15 Noyabr, 2019  16:37






15 Noyabr, 2019  09:31

15 Noyabr, 2019  09:21









13 Noyabr, 2019  16:59

13 Noyabr, 2019  16:54




13 Noyabr, 2019  15:29


13 Noyabr, 2019  14:27









12 Noyabr, 2019  17:16

12 Noyabr, 2019  15:50


12 Noyabr, 2019  15:27


12 Noyabr, 2019  14:31



12 Noyabr, 2019  11:20



sagbanner