Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Teymur Rəcəbov Azərbaycan tarixində ilk dəfə Dünya Kubokuna sahib oldu

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun qalibi adını qazanıb. 32 yaşlı qrossmeyster Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən yarışın həlledici matçında çinli Dinq Lirenlə dueldən qalib ayrılıb.

Şahmatçımız tay-brekdə qələbə qazanıb. 25 və 10 dəqiqəlik 4 görüşdə heç-heçə edən (2:2) T. Rəcəbov ardınca rəqibindən üstün olub. O, blitsdə iki qarşılaşmanın yekununa əsasən 2:0: hesabı ilə qalib gəlib və Azərbaycan tarixində ilk dəfə Dünya Kubokunu başı üzərinə qaldırıb.

T. Rəcəbov eyni zamanda 110 min dollar mükafata da sahib olub. Ardıcıl ikinci dəfə finalda uduzan D. Lirenin qazancı isə 80 min təşkil edib. Hər iki şahmatçı həlledici oyuna yüksəlməklə, 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirinə vəsiqə də qazanıblar.

3-cü yer uğrunda görüşdə isə fransalı Maksim Vaşye-Laqravla çinli Yu Yanq Li ilə qarşılaşıb. Sürətli şahmatda avropalı rəqibinə hər iki matçda qalib gəlib (2:0).

Qeyd edək ki, hər iki cütlük klassik şahmatda heç-heçə oynamışdı – 2:2.(apa)






5 Oktyabr, 2019  11:00 Baxılıb: 1557 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner