Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu yerlərdə fototələlərin sayı artırılacaq

Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərində quraşdırılan fototələlərin sayı artırılacaq. Bunu "Azərbaycanda ekoturizmin inkişaf perspektivləri” mövzusunda keçirilən dəyirmi masada Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbəri Elşad Əsgərov deyib.

O qeyd edib ki, hazırda Zəngəzur və Hirkan milli parklarında 120 fototələ var. Gələn il isə fototələlərin sayı təxminən 40 ədəd artırılacaq. E.Əsgərov əlavə edib ki, fototələlər əsasən “Bəbirlərin mühafizəsi” layihəsi çərçivəsində alınıb: “Fototələlər yalnız bəbirləri deyil, qarşısından keçən bütün heyvanları çəkir. Fototələ ilk növbədə heyvanların ərazidə olub-olmamasını təsdiqləyir. İkincisi, həmin heyvanların cinsini, yaşını, gəzmə arealını, miqrasiyasını müəyyənləşdirir. Fototələlər heyvanların keçdiyi cığırlar üzərində yerləşdirilir. Onlar 10-15 metrdən keçən heyvanların şəklini çəkir”. (trend)






1 Oktyabr, 2019  16:11 Baxılıb: 706 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner