Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

"Natiq" ritm qrupunun konserti olacaq - Heydər Əliyev Mərkəzində

Noyabrın 10-da Heydər Əliyev Mərkəzində Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq" ritm qrupunun konserti keçiriləcək. Simsar.az -ın  məlumatına görə, qrup "Qaytağı", "Qaval rəqsi", "Bir qəlbdə iki ruh" və tamaşaçı rəğbəti qazanmış digər kompozisiyaları ilə yanaşı, məhz bu konsert üçün hazırladığı yeni nömrələr də ifa edəcək.

Azərbaycanın qədim milli zərb aləti olan nağaranı tanıtmaq, təkmilləşdirmək və yeni ritmlər qurmaq məqsədilə 2001-ci ildə "Natiq" ritm qrupu yaradılıb. Natiq Şirinov qrup rəhbəri olmaqla yanaşı, pedaqoq və ritm bəstəkarı kimi fəaliyyət göstərməyə başlayıb.

2007-ci ildə Əməkdar artist, 2018-ci ildə Xalq artisti fəxri adı ilə təltif olunub. 2011-ci ildə Koreyada Dünya Ritm yarışmasında "Dünya Qran Prisi"ni qazanıb.

2012-ci ildə "Eurovision", 2015-ci ildə I Avropa Oyunları, 2016-cı ildə "Formula 1", 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının açılış mərasimlərində çıxış edib.

Qrup ABŞ, Almaniya, Avstiya, BƏƏ, Çin, Fransa, İran, İsveçrə, İtaliya, Koreya, Mərakeş, Norveç, Polşa, Rusiya, Türkiyə, Tayvan və digər ölkələrdə konsertlər verib, müxtəlif tədbirlərdə, festivallarda iştirak edib.

Natiq Şirinov dünyanın bir çox məşhurları – Ruslana, Rihanna, Sami Yusuf, Stiven Siqal və s. ilə birgə çıxışlar edib.

 

 






30 Sentyabr, 2019  15:14 Baxılıb: 1314 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner