Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Xızıda dələduzluq edən keçmiş məhkum saxlanılıb

Xızı rayonununda dələduzluq edən keçmiş məhkum saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Siyəzən rayonunun Zarat kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Samir Məmmədov saxlanılıb.

Dindirmə zamanı S.Məmmədov törətdiyi cinayət əməllərini etiraf edib. Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda Xızı, Siyəzən və Şabran rayonları ərazilərində sürücüləri müxtəlif bəhanələrlə yolun hərəkət hissəsində saxlatdığı, imkansız, xəstə olması və müalicə üçün pula ehtiyacı olduğunu bildirərək onlardan aldatma yolu ilə pul aldığı məlum olub.

Polis əməkdaşları S.Məmmədovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə, həmçinin Xızı RPŞ-yə və ya şəhər telefonlarından (02331) 5-01-31 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.






30 Sentyabr, 2019  12:12 Baxılıb: 781 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner