Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Fədayə Laçın Hepatit C xəstəsidir” - Müğənninin vəkili

“Mən 14 illik vəkil təcrübəmdə ilk dəfədir belə səmərəsiz məhkəmə prosesi  görürəm. Artıq məhkəməyə çağırış üçün elektron bildiriş gələndə gülməyim gəlir. Çünki yenə təxirə salınacağını düşünürəm”.

Simsar.az "report"a istinadla xəbər verir ki, bu sözləri həbsdə olan müğənni Fədayə Laçının vəkili Türkel Süleymanlı keçirdiyi mətbuat konfransında deyib. O sözlərinə belə davam edib:

“Nə qadın, nə müğənni nə vətənpərvər  Olduğunu nəzərə alırlar. Vətənin adını təbliğ üçün illər əvvəl Laçın təxəllüsünü götürüb. O, əsgərlərə konsert verib, dövlət tədbirlərində iştirak edib. İlk dəfə cinayət işlədiyini nəzərə alırlar.

Ədalət sistemi işləmir, biz əvvəllər mətbuata açıqlama vermirdik. Çünki şou yaratmaq istəmirdik bu mövzudan  ama gördük ki ədalər sistemu işləmir ona görə artıq sizdən - mediadan kömək istəyirik.

Çox az adam bilir ki, Fədayə Laçın Hepatit C xəstəsidir. Ədliyyə orqanları bunları nəzərə almadan prosesi uzadır.

Biz istəyirik ki, şikayətimiz təmin olunsun. Yekun qərar verilsin, cəzası azalmasa belə. Biz hətta əvvəlcədən bildirmişdik ki, o, hepatit C xəstəsidir.  Orda müalicə ala bilər, dərmanlar verilir, amma azadlıqla həbsxana şəraiti eyni deyil. Xəstəxanaya köçürülməsini istəmişik, amma cavabsız qalıb. Sərt münasibətin səbəbi hadisə görk olsun deyədir. Belə halların qarşısı alınsın, azalsın deyə edilir. Ailəsi soruşur nə vaxt bitəcək? Cavab verə bilmirəm. Məhkəmə işi tapmaca olmalı deyil. Fədayə cinayət törətdiyinin fərqində olmayıb. Çünki belə olsaydı, heç nəyi saxlamazdı. Amma o gizlətməyib, silməyib telefonundan heç nəyi. İşin içərisində heç bir sübut yoxdur. Mən hakim olsaydım, bəraət verərdim. Çünki ortada sübut yoxdur. Məhkəmə hüquqlarımdan sui istifadə edir. Hakim Eldar Rəhimov yekun qərar vermir”.

Vəkil həmçinin bildirib ki, 9 xalq artisti F.Laçın barədə humanist qərarın verilməsi üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib:

"Xalq artistləri Aftandil Hacıyev, Rafiq Hüseynov (Rəmiş), Nazpəri Dostəliyeva, İlqar Muradov, Səkinə İsmayılova, Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov və Zaur Rzayevin Prezident və birinci xanıma müraciətləri olub. Bu müraciətləri, Fədayənin ilk cinayətinin olması və səhhətindəki problemləri əsas sayaraq ədliyyə orqanlarına media vasitələri ilə müraciət edərək prosesin ədalətli keçirilməsini xahiş edirəm".






27 Sentyabr, 2019  17:58 Baxılıb: 761 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner