Sumqayıt şəhərində 58 yaşlı kişinin yaşadığı evdə meyiti tapılıb. Sumqayıt-Abşeron bürosunun məlumatına görə, şəhər sakini, 1951-ci il təvəllüdlü Mirziddinov Tofiq İsgəndəroviçin meyiti qonşular tərəfindən aşkar edilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanalrının əməkdalarına məlumat verilib. Şəxsin bir müddətdir tək yaşadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.