Türkiyə Silahlı Qüvvələri (SQ) Ermənistan ilə sərhəddə yerləşən Ağrı, Qars və İğdır vilayətlərində PKK terror təşkilatına qarşı əməliyyatlara başlayıb. Trend-in məlumatına görə, əməliyyat barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər yayıb.
Məlumatda bildirilir ki, əməliyyat "KIRAN-4" adı altında aparılır. Qeyd olunur ki, əməliyyat həmin ərazilərdə sonuncu terrorçu məhv edilənə qədər davam edəcək.