Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Deputatın daha bir borcu üzə çıxdı: 240 min dollar - FOTOFAKTLAR

Millət vəkili Rafael Cəbrayılovun daha bir şəxsə külli miqdarda borcu olduğu üzə  Yenisabah.az xəbər verir ki, bu, Yusif Orucov adlı vətəndaşdır. O, həkim işləyir. Yusif həkim Rafael Cəbrayılovun “borc qalmaqalı”  barədə mediada yazılanları oxuduqdan sonra özü ilə bağlı problemi də ictimailəşdirmək qərarına gəlib və redaksiyamızla əlaqə saxlayıb.

O, bildirib ki, 2015-ci ildə Rafael Cəbrayılova 240 min ABŞ dolları verib. “Biz Rafael Cəbrayılovun Binəqədidə tikdiyi binanın birinci mərtəbəsindən qeyri-yaşayış sahəsi almaq istəyirdik. Bu pulu da onun üçün vermişik. Lakin bir neçə aydan sonra aldandığımızı başa düşmüşük”,- deyə Yusif Orucov bildirib. Onun sözlərinə görə, dəfələrlə Rafael Cəbrayılovla əlaqə saxlasa da, pulu geri ala bilməyib. “Əvvəllər “bu gün-sabah” deyirdi. Amma sonradan təhqir və təhdidlərə başladı. Təhqiramiz formada deyirdi ki, pulum yoxdur, nə istəyirsən məndən?!” deyən Yusif həkim məsələ ilə bağlı bir sıra dövlət qurumlarına və yüksək vəzifəli şəxslərə müraciət edib:  “Milli Məclisin sədrinə, Daxili İşlər nazirinə, Baş prokurora müraciətlər etmişəm. Lakin müsbət nəticəsi olmayıb. 4 ildir ki, bütün əsəblərim pozulub. 240 min dollar az pul deyil. Amma nə edəsən, kimə deyəsən”.

Şikayətçi məsələ ilə bağlı məhkəməyə müraciət etməyib. Yusif Orucov bunu belə izah edib. “Əvvəla, məhkəməyə müraciət etməyə vaxt yoxdur. Həm də düşündüm ki, müraciət etdiyim şəxslər problemi həll edər. Amma indi baxıram ki, artıq bu məsələ itimailəşib. Xeyli adama borcu varmış. Yəqin ki, mən də pulumu geri almaq müəyyən hüquqi addımlar barədə düşünəcəm”,- deyə şikayətçi bildirib.

Yusif Orucov bağlanmış müqavilənin surətini və kassa mədaxil qəbzini də redaksiyamıza təqdim edib. Sənədlərdən aydın olur ki, müqavilə Yusif Orucovun xanımı ilə Rafael Cəbrayılovun qardaşı Rauf Cəbrayılovun təsisçisi olduğu  “Binəqədi-İnşaat MMC-nin direktoru Aqil Mirqasım oğlu Talıbov arasında bağlanıb. Aqil Talıbov Rafael Cəbrayılovun bacısının həyat yoldaşıdır. Müqavilədən aydın olur ki, Orucovlar ailəsinə ödədikləri 240 min ABŞ dolları müqabilində Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 8-in birinci mərtəbəsində 100 kvadratmetr qeyri-yaşayış sahəsi verilməli imiş






26 Sentyabr, 2019  13:34 Baxılıb: 854 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner