Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanın su ehtiyatları azalır

Azərbaycan su ilə nisbətən az təchiz olunan ölkələrdəndir. Su ehtiyatlarımız regiondakı su ehtiyatının 15 faizini təşkil edir". APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Ekoloji Siyasət Şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi nəticəsində su ehtiyatları azalır və bu tendensiya davam edəcək: "Ölkə əhalisinin sayının artması, həyat standartlarının yüksəlməsi və suvarılan kənd təsərrüfatı sahələrinin genişlənməsi səbəbindən suya olan tələbat get-gedə artır. Ölkədə il ərzində su mənbələrindən təxminən 12 milyard kub metr su götürülür ki, bunun da böyük bir hissəsi nəql zamanı itir. Əsas su itkiləri torpaq məcrada tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verir". Şöbə müdiri bildirib ki, beynəlxalq praktikada suyun mənbədən bölüşdürülməsi, istifadəsi, təmizlənməsi, təkrar istifadəsi və ətraf mühitə qaytarılması kimi bütöv su dövriyyəsini özündə əks etdirən qabaqcıl yanaşmalar mövcuddur: "Gələcəkdə su qıtlığı problemi ilə üzləşməmək üçün su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalıdır. Kənd təsərrüfatında və sənayedə müasir texnologiya və suya qənaət edən avadanlıqlardan istifadə edilməlidir. Sudan səmərəli istifadəni və bu məqsədlə qənaətli suvarma sistemlərindən istifadəni təşviq etmək üçün düzgün uçot və istehlak olunan suyun miqdarından asılı olaraq fərqli tariflərin tətbiq olunması vacibdir. Bununla bağlı ETSN tərəfindən ictimaiyyətin məlumatlandırılması, maarifləndirmə və təbliğat işləri aparılır, respublikanın müxtəlif bölgələrində həyata keçirdiyi yaşıllaşdırma layihələrində damcılı suvarma sistemləri tətbiq olunur. Bu işlərin davamı olaraq dünən Saatlı rayonunun Cəfərxanlı kəndində damcılı suvarma sisteminin tətbiqi üzrə pilot layihə reallaşdırılıb. Layihənin məqsədi kənd təsərrüfatı sahəsində ənənəvi suvarma metodundan müasir suvarma metodlarına keçidin təşviq edilməsidir. Suya qənaəti tətbiq və təşviq edən bu cür layihələrin tədricən bütün ölkə ərazisini əhatə etməsi üçün tədbirlər davam etdirilir".






25 Sentyabr, 2019  16:14 Baxılıb: 764 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner