Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gülyaz-Gülyanaq bacılarının yeznəsi faciəvi şəkildə öldü

Yevlax rayonunda baş verən yol qəzasında ölən və yaralananlar tanınmış xanəndələrin qohumlarıdır. “Report”un əldə etdiyi məlumata görə, qəzada ölən 1957-ci il təvəllüdlü Mövsüm Məmmədkərimov xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların bacısının həyat yoldaşıdır.

Məlumata görə, hadisə zamanı yaralanan Əli və Mahal Məmmədkərimovlar Mövsüm Məmmədkərimovun övladlarıdır.

Daha əvvəllər həkim kimi çalışan Mövsüm Məmmədkərimov “Avromed” şirkətinin Mingəçevir filialının müdiri vəzifəsində işləyib. Gülyaz Məmmədova “Report”a məlumatı təsdiqləyib. Lakin o, hadisə barədə daha ətraflı məlumatı olmadığından açıqlama vermək istəmədiyini bildirib.

Qeyd edək ki, hadisə bu gün Yevlax rayonunun Xanabad kəndində qeydə alınıb. Belə ki, "VAZ 2106" və "Picap" markalı avtomobillər toqquşub. Qəza zamanı ağır bədən xəsartələri alan Şəki şəhər sakini, 1957-ci il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb. Xəsarət alanlar isə Şəki rayonu Böyük Dəhnə kənd sakinləri - Allahverdiyev Orxan Nofəl oğlu (1992), Məmmədkərimov Əli Mövsüm oğlu (1986), Pirməmmədov Turan Namiq oğlu (1988) və Məmmədkərimov Mahal Mövsüm oğludur (1991).

Ölən və xəsarət alanların hamısı "VAZ 2106" markalı avtomobildə olub.






24 Sentyabr, 2019  15:57 Baxılıb: 1029 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner