Pos-terminallar vasitəsilə aparılan əməliyyatların sayı artır
Ölkədə 1947 bankomat var. Simsar.az Mərkəzi Bankın mətbuat xidmətinə istinadən bildirir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 213 ədəd çoxdur. Cari ilin mayın 1-nə bankomatların 1078-i Bakı şəhərində, 869-u isə digər şəhər və rayonlarda yerləşir.
Bu dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 9435 ədəd olub. Cari dövrdə pos-terminalların 8576-sı Bakı şəhərində, 859-u isə digər regionlarda yerləşir.
2011-ci il may ayının 1-nə Azərbaycan Respublikası üzrə dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 6 faiz artaraq 4 milyon 353 min ədədə çatıb. Bankomatlar və Pos-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 3 milyon 654 min ədəd olub. Onlardan 94,7 faizi debet kartlarının payına düşür.