Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

Hüseyn Abdullayevə 8 il azadlıqdan məhrum etmə cəzası istənildi

Bu gün Bakı Hərbi Məhkəməsində “Quska” ləqəbli iş adamı Hüseyn Abdullayevin məhkəməsi keçirilib. Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə cəza istəyib. Prokurorun çıxışı zamanı “Quska” yerindən replika ataraq etirazını bildirib. İttihamçı çıxışında dələduzluq ittihamı üzrə dəyən ziyanın ödənildiyini, Hüseyn Abdullayevin ittiham olunduğu maddələr üzrə sanksiyanın aşağı həddindən də aşağı cəza verilməsinin mümkün olduğunu qeyd edib.

Yekun olaraq, Hüseyn Abdullayevin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bu zaman H.Abdullayev “yalandır, böhtandır, absurddur, bir sübut dəlil yoxdur” deyərək yüksək səslə prokurora etiraz edib. Onun sakitləşməməsi məhkəmə prosesini pozub, buna görə hakimin göstərişi ilə H. Abdullayev zaldan çıxarılıb. Prosesin davamı “Quska” olmadan keçirilib.

Bunun ardınca isə anası Zeynəb Abdullayevanın da halı pisləşib. Qohumlarının köməkliyi ilə Z.Abdullayeva da məhkəmə zalından çıxarılıb. Bu zaman məhkəməyə təcili tibbi yardım çağırılıb, həkimlərin müdaxiləsindən sonra Z. Abdullayeva zala qaytarılıb. Təxminən 15 dəqiqəlik fasilədən sonra hərbi prokuror çıxışına davam edib.

Prokuror Zeynəb Abdullayevaya ittiham olunduğu maddələr üzrə sanksiyanın aşağı həddindən də aşağı cəza verilməsinin məqsədə müvafiq olduğunu bildirib. Bu əsasla Z.Abdullayevanın sadəcə 5 min manat cərimə olunmasını istəyib. Digər təqsirləndirilənlər - Namiq Babayevin 8 il, İntiqam Süleymanov və Nazim Əliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət Sərhəd Xidmətinin sabiq əməkdaşları olan Zaur Quliyev, Pərviz Kazımov, İbrahim Həbibov, Xalid Əliyevə isə şərti cəza verilməsi istəyib. Mülki iddiaların təmin olunmasını, dəyən zərərin ödənilməsi üçün H. Abdullayevin əmlaklarının müsadirə olunmasını təklif edib. Müdafiə tərəfi çıxış üçün vaxt istəyib, proses sentyabr 24-də davam etdiriləcək.(qafqazinfo)






19 Sentyabr, 2019  13:47 Baxılıb: 160 Çap

Bu bölmədə

10 Oktyabr, 2019
Ucarda qumbara tapılıb

XƏBƏR LENTİ






11 Oktyabr, 2019  09:54

10 Oktyabr, 2019  17:36

10 Oktyabr, 2019  17:00



10 Oktyabr, 2019  16:13


10 Oktyabr, 2019  15:40









10 Oktyabr, 2019  09:22



10 Oktyabr, 2019  09:02










9 Oktyabr, 2019  11:25

9 Oktyabr, 2019  09:15



8 Oktyabr, 2019  17:29





8 Oktyabr, 2019  14:34






sagbanner