Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

HADİSƏ

Bacıoğlu dayısını qətlə yetirdi - LƏNKƏRANDA

Lənkəranda intihar etdiyi düşünülən xərçəng xəstəsinin ölümü ilə bağlı təfərrüat məlum olub. Şəhər sakini, 63 yaşlı Eyvaz Yusubov əvvələr məhkum olunmuş bacısı oğlu tərəfindən  tamah məqsədilə öldürülüb.

Qətl hadisəsi rayonun Liman şəhəri ərazsində baş verib. Belə ki, E.Yusubovun meyiti yaşadığı Rəsul Rza küçəsindəki evində qonşuları tərəfindən aşkarlanıb. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. E.Yusubovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə aparılıb. Meyitin ilkin müayinəsi zamanı onun üzərində zorakılıq ələmətlari aşkarlanıb.

Tamah məqsədilə qətli törətməkdə şübhəli bilinən Liman şəhər sakinləri, əvvəllər məhkum olunmuş - E.Yusubovun bacısı oğlu Vidadi Hüseynov, Emil Quliyev və Vüsalə Mirzəyeva saxlanılıb.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.  Qeyd edək ki, E.Yusubov bir müddət xərçəng xəstəliyindən əziyyət çəkib.






16 Sentyabr, 2019  16:26 Baxılıb: 187 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






11 Oktyabr, 2019  09:54

10 Oktyabr, 2019  17:36

10 Oktyabr, 2019  17:00



10 Oktyabr, 2019  16:13


10 Oktyabr, 2019  15:40









10 Oktyabr, 2019  09:22



10 Oktyabr, 2019  09:02










9 Oktyabr, 2019  11:25

9 Oktyabr, 2019  09:15



8 Oktyabr, 2019  17:29





8 Oktyabr, 2019  14:34






sagbanner