Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

32 yaşlı qadın qızı ilə birlikdə itib - FOTO

Xaçmaz rayon sakini olan 32 yaşlı qadın azyaşlı qızı ilə birlikdə Qusarda itkin düşüb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz rayonu Zuxuloba kənd sakini, 32 yaşlı Rima Talıbova cari ilin avqust ayının 25-də səhər saatlarında azyaşlı qızı ilə birlikdə Qusar rayonunun Aşağı Ləgər kəndində yaşayan anasının evinə gedəcəyini bildirərək evdən çıxıb və Qusar rayonunda itkin düşüb.

Rima Talıbovanın əlamətləri belədir: Boyu 160 sm., orta bədən quruluşlu, şabalıdı saçlı, gözlərinin rəngi qəhvəyidir. Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və 055-335-33-35, 070-850-65-28 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.(report)






14 Sentyabr, 2019  10:17 Baxılıb: 828 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner