Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Göl Əli” keçmiş məhkəmə sədrini niyə güllələyib? - TOVUZDAKI QƏTLİN TƏFƏRRÜATI

Tanınmış hüquqşünas, 1963-cü il təvəllüdlü Firudin Ələkbərlinin qətlinin təfərrüatı məlum olub.

Yeniavaz.com xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsindən oxu.az-a verilən məlumata görə, hüquqşünas stansiyasının yaxınlığında yerləşən ofisinin yanında vurulub.  Cinayətdə günahlandırılan 1959-cu il təvəllüdlü, “Göl Əli” ləqəbli iş adamı Şəmiyev Əli Məhərrəm oğlunun restoran və hotellər şəbəkəsinin sahibi olduğu bildirilir.

İlkin araşdırma zamanı məlum olub ki, şəxslər arasında münaqişə hüquqşünasın iş adamının obyektlərinin tikintisi zamanı yol verdiyi qanun pozuntuları barədə dövlət qurumlarına şikayət etdiyi üçün başlayıb. Belə ki, hüquqşünas iş adamına məxsus hotelin Tovuzun magistral su kəmərinin yaxınlığında tikildiyini müəyyənləşdirib və ondan şantaj yolu ilə pul tələb edib. Bir neçə dəfə hüquqşünasın istəyini yerinə yetirən iş adamı sonuncu görüşdə üzərində gətirdiyi “Makarov” tipli tapançadan F.Ələkbərliyə üç dəfə atəş açıb.  Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan hüquqşünas orada ölüb.

Məlum olub ki, öldürülən hüquqşünas 90-cı illərin əvvəllərində Tovuz Rayon Məhkəməsinin sədri olub.






13 Sentyabr, 2019  10:44 Baxılıb: 842 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner