Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Xətai” stansiyası açıldı - FOTO

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (ASC) "Şah İsmayıl Xətai" stansiyası təmirdən sonra istifadəyə verilib. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, stansiya artıq sərnişinlərin istifadəsinədir.

Stansiyada bir neçə yenilik var ki, onlardan biri ilk dəfə tətbiq olunana dəmir beton bloklardır. Belə ki, "Bakı Metropoliteni"ndə ilk dəfə olaraq stansiyaya gedən yolda dəmir beton bloklardan istifadə olunub.

Qeyd edək ki, postsovet ölkələrinin bir çoxunda metroların girişində olan günlüklərin bir çoxu demək olar ki, təmirdən sonra sökülüb, Bakı metrosunun "Şah İsmayıl Xətai" stansiyasında isə metonun girişində olan günlük qorunaraq saxlanılıb və yeni görkəmdə sakinlərin istifadəsinə verilib.

Xatırladaq ki, Bakı Metropoliteninin "Şah İsmayıl Xətai" stansiyası ötən il sentyabrın 27-də təmirə bağlanıb. Təmir müddətində stansiyada istifadədə olan "LT-2" tipli 3 eskalator sökülərək əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılıb. Eskalatorların dəyişdirilməsi müddətində infrastrukturla bağlı digər təmir-bərpa, yenidənqurma işləri də görülüb, vestibülün əsaslı təmiri aparılıb.

"Burada divar və döşəmənin istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənib, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunub. Həmin müddət ərzində, həmçinin "Xətai" stansiyasının 2-ci baş yolunun və “Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da başa çatıb.






12 Sentyabr, 2019  11:26 Baxılıb: 872 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner