Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Baş Prokurorluqda konfrans keçirildi

İyunun 9-da Baş Prokurorluqda konfrans keçirilib. 

Simsar.az-ın Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, tədbirdə Milli Məclis, Ədliyyə Nazirliyi, Ali Məhkəmə və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Baş Prokurorluğun idarə və şöbə rəisləri iştirak edib. Konfransda çıxış edən baş prokurorun müavini Namiq Əsgərov mövzunun aktuallığını və əhəmiyyətini xüsusi vurğulayıb.



Tədbirdə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Nazim Abbasovun "Təqsirləndirilən şəxsin hüquq və azadlıqlarının təmin edilməsinin prosessual təminatları", Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini Qəzənfər Bayramlının "Yetkinlik yaşına çatmayan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsinin xüsusiyyətləri" və Hüquqi təminat və informasiya idarəsinin böyük prokuroru Mahir Tağıyevin "Cinayət prosesində insan hüquq və azadlıqlarının təmin edilməsi: Avropa Şurasının standartları və Azərbaycan Respublikasının milli qanunvericiliyi" mövzusunda çıxışları dinlənilib. Çıxışlarla bağlı suallar ətraflı cavablandırılıb və mövzular ətrafında faydalı fikir mübadiləsi aparılıb.






10 İyun, 2011  01:23 Baxılıb: 1005 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner