Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Arif Paşayev ilin elm adamı oldu

MAA-nın Elmi Şurasında mükafatın təqdimetmə mərasimi keçirilib

Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev Qafqaz Universitetinin professor-müəllim və tələbələri arasında keçirilən sorğuya əsasən “İlin elm adamı” fəxri adına layiq görülüb.

Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla əlaqədar MAA-nın Elmi Şurasında mükafatın təqdimetmə mərasimi keçirilib.
Tədbirdə çıxış edən A. Paşayev bildirib ki, hazırda akademiyada 350 müəllim çalışır, 2100 tələbə təhsil alır. Prezident İlham Əliyevin dəstəyi sayəsində akademiyada təhsilin səviyyəsini artırmağa imkan verən yeni avadanlıqlar alındığını deyən rektor, hazırda MAA-da aviasiya ilə bağlı ixtisaslarla yanaşı, hüquq, iqtisadiyyat, logistika və digər ixtisasların da tədris edildiyini söyləyib.
MAA-da görülən işləri yüksək qiymətləndirən Qafqaz Universitetinin rektoru Əhməd Saniç “İlin elm adamı” mükafatını A. Paşayevə təqdim edib və mükafatın akademikə Azərbaycanda elm və təhsilin inkişafında göstərdiyi əvəzsiz xidmətlərə görə verildiyini vurğulayıb. Görüş çərçivəsində MAA və Qafqaz Universiteti arasında elmi-texniki əməkdaşlıq haqqında protokol imzalanıb.






9 İyun, 2011  21:43 Baxılıb: 2266 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner