Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

Astara sakini heroin satarkən tutulub

Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində 5 kiloqrama yaxın narkotik vasitə və psixatrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Məçitməhəllə kənd sakini Ağakərim Talıbov 100 qram narkotik vasitə olan heroini satarkən cinayət başında saxlanılıb. Davam edən əməliyyat tədbirləri ilə A.Talıbovun satış məqsədilə əldə edərək yaşadığı evdə saxladığı 2 kiloqram 510 qram narkotik vasitə olan heroin, 1 kiloqram 015 qram psixatrop maddə olan metamfetamin, 1 kiloqram qurudulmuş marixuana, 200 ədəd metadon həbləri, həmçinin soyuq silah hesab edilən 1 ədəd “beşbarmaq”, 1 ədəd bıçaq, döyüş sursatları olan 46 ədəd güllə başlığı və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Talıbovla birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində əlaqəli olan qrupun digər üzvləri Astara şəhər sakinləri A.Şiriyev və T.Məlikov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.(apa)

 







6 Sentyabr, 2019  11:36 Baxılıb: 145 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


22 Oktyabr, 2019  10:17











11 Oktyabr, 2019  09:54

10 Oktyabr, 2019  17:36

10 Oktyabr, 2019  17:00



10 Oktyabr, 2019  16:13


10 Oktyabr, 2019  15:40









10 Oktyabr, 2019  09:22



10 Oktyabr, 2019  09:02










9 Oktyabr, 2019  11:25

9 Oktyabr, 2019  09:15



8 Oktyabr, 2019  17:29




sagbanner