Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda sürüşmə və subasma olacaq - Nazirlik rəsmisindən xəbərdarlıq

Payız mövsümündə yağışların intensivləşməsi nəticəsində Bayıl yamacında sürüşmənin olması gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Mütəxəssis xatırladıb ki, yağış suları sürüşmə baş verən ərazilərdə aktivliyi artırır: "Bu yaxınlarda vətəndaşların müraciətləri ilə bağlı olaraq həmin ərazidə oldum. Belə ki, əhali keçən ilin oktyabr ayında sürüşmə baş verdiyinə görə bağlanan Badamdardakl 20-ci sahə avtomobil yolunun açılmasını istəyirlər.

Hazırda həmin ərazidə ümumi vəziyyət stabildir. Amma gələcəkdə sürüşmənin baş verməyəcəyinə zəmanət vermək olmaz. Gələcəkdə həmin ərazidə sürüşmənin olması gözlənilir. Çünki kütlə artıq əvvəlki stabil vəzyiyyətini dəyişib. Həmçinin, yağış suları alt süxurlara təsir etdiyi zaman sürüşmə baş verir. Payız mövsümündə də yağışlar artdığı zaman sürüşmə kütləsində aktivlik qeyd oluna bilər. Amma hazırda vəziyyət stabildir".

Əziz Qaralov hazırda subasma ərazilərində də stabil vəziyyətin hökm sürdüyünü bildirib: "Yağışların miqdarı çoxalan zaman subasma halları olacaq".






2 Sentyabr, 2019  16:38 Baxılıb: 706 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner