Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ruhani Trampla görüşdən imtina etdi

İran Prezidenti Həsən Ruhani ABŞ lideri Donald Trampla görüşməkdən imtina edib. BBC-nin məlumatına görə, H.Ruhani deyib ki, İrana qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra D.Trampla görüşə bilər.

“Bu addım atılmasa, qıfıllar açılmayacaq”, - deyə H.Ruhani əlavə edib. Xatırladaq ki, ötən il ABŞ İranın nüvə fəaliyyətini məhdudlaşdıran sazişdən imtina etdikdən sonra Vaşinqtonla Tehran arasında gərginlik artıb.

2018-ci ilin noyabr ayında İranın neft və maliyyə sektorlarını hədəf alan sanksiyaların tətbiqinə başlanıb. ABŞ Prezidenti D.Tramp sazişin yenidən müzakirə edilməsini və onun daha da genişləndirilməsini istəyir. Məqsəd İranın ballistik raket proqramını və Yaxın Şərqdəki münaqişədə iştirakını məhdudlaşdırmaqdır. İran isə bunu rədd edir.

İrana qarşı sanksiyalar ölkənin neft ixracının çökməsinə, milli valyutasının dəyərdən düşməsinə və inflyasiyanın yüksəlməsinə səbəb olub.(oxu)






28 Avqust, 2019  10:21 Baxılıb: 1074 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner