Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda jurnalisti DÖYDÜLƏR - FOTO

“Dünən axşam saat 19:30 radələrində Mərdəkandan Bakı istiqamətində hərəkətdə olarkən 99 AD 149 dövlət nömrə nişanlı ağ rəngli “Daewoo” markalı avtomobil qarşımı kəsib. Sözügedən avtomobilin sürücüsünün hücumuna məruz qalmışam”. Modern.az xəbər verir ki, bunu tanınmış jurnalist Zülfüqar Xeyirxəbər bildirib.

“Ciddi xəsarətlərim var. Hadisə barədə DİN-nin 102 qaynar xəttinə dərhal məlumat vermişəm. 3 saylı xəstəxanaya müraciət etmişəm. İlkni tibbi yardım göstərildikdən sonra evə buraxılmışam”-deyən jurnalist bildirib.

Hadisənin səbəbi Zülfüqar Xeyirxəbər də  hələ ki qaranlıq qalır: "Sağ zolaqda hərəkət edirdim. Sol iki zolaq boş olduğu halda arxadan uzun-uzadı siqnal verməyə, işıqları yandırıb-söndürməyə başladı. Əlimlə işarə elədim ki nə lazımdır. Sürətini artırıb sola keçdi, söyüş söydü. Dayanmağımı tələb elədi. Əhəmiyyət vermədim. Ciddi təhlükə törətməyə başladı. Dayanmağa məcbur oldum. Düşdü, yaxınlaşdı, söyüş söydü, maşından düşdüm. Vuracağını gözləmirdim, düzü,. Qəfil zərbə endirdi. Deyəsən, barmağında üzük olub. Ciddi zədələr var. Sol gözüm şişib, burnumun üstündə çapıqlar var".

 






26 Avqust, 2019  16:24 Baxılıb: 313 Çap

Bu bölmədə


XƏBƏR LENTİ







22 May, 2020  13:30








16 May, 2020  14:30








6 May, 2020  13:34



4 May, 2020  13:29

1 May, 2020  13:41



30 Aprel, 2020  10:56


29 Aprel, 2020  13:15



24 Aprel, 2020  21:10












17 Aprel, 2020  10:14



sagbanner