Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İran məktəblərində Azərbaycan dili tədris olunacaq

İranın Şərqi Azərbaycan vilayətinin orta ümumtəhsil məktəblərində Azərbaycan dili tədris ediləcək. "Anadolu" agentliyi xəbər verir ki, bunu Şərqi Azərbaycan vilayətinin Təhsil və Tədris İdarəsinin müdiri Cəfər Paşayi deyib. Onun sözlərinə görə, bölgə xalqlarının tələblərinə əsasən, həftədə iki saat Azərbaycan dili dərsi keçiləcək: "Sentyabrın 23-dən etibarən bəzi məktəblərdə müvafiq dərslərin keçilməsinə başlanılacaq.  Vilayətimizdə iki dildən (Azərbaycan və fars) istifadə edildiyi üçün yerli və regional dillərimizi gücləndirməliyik".

Qeyd edək ki, İranda 1979-cu ildə  baş vermiş inqilabdan sonra formalaşan konstitusiyanın 15-ci maddəsinə əsasən, fars dili ölkənin rəsmi dilidir. Bununla belə, konstitusiyada yerli dillərin də tədris olunması üçün heç bir maneə yoxdur.(oxu)






26 Avqust, 2019  13:31 Baxılıb: 924 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner