Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Aktyorumuz Bollivud filmində: urdu dilində danışacaq

Əməkdar artist Cavanşir Hadıyev Bollivud istehsalı olan filmə çəkilir. Bu barədə C.Hadıyev "Facebook" hesabında məlumat paylaşıb. O bildirib ki, uşaqlıqdan Hindistan filmlərini böyük həvəslə izləyib. Hindistan filmində rol almaq təklifi isə aktyor üçün gözlənilməz sürpriz olub.

Aktyor Oxu.az -a deyib ki, onun Hindistan filmində çəkilməsinə "Nərimanfilm" kinostudiyası şərait yaradıb: "Nərimanfilm"dən zəng gəldi. Söylədilər ki, məni Hindistan kinematoqrafçılarına təqdim ediblər. Onlar tez-tez öz filmlərini Azərbaycanda lentə alırlar. Son illərdə hindlilər Azərbaycanda 15-ə yaxın ekran əsərinin çəkilişini aparıblar.

Çəkiləcəyim film Bollivud istehsalıdır. Onlar mənimlə görüşüb kiçik bir video çəkdilər. Həmin görüntüləri filmin quruluşçu rejissoruna göndərdilər. Üç gündən sonra zəng gəldi, bildirdilər ki, filmin rejissoru Bakıdadır, mənimlə görüşmək istəyir. İlk görüşdən rejissor dedi ki, bu obrazı məhz mənə yaraşdırıb, mənimlə işləmək istəyir".

"Kəşmir müsəlmanlarının milli qəhrəmanı, sevimli liderləri və Hindistan hökumətinin qatı düşməni Əbu Həmzəni urdu dilində canlandırmaq böyük bir məsuliyyətdir", - deyən aktyor filmin dörd ölkədə çəkiləcəyini dilə gətirib.

"Sözügedən film məkan olaraq Azərbaycan, Dağıstan, Qazaxıstan və Hindistanda lentə alınacaq. Ekran işində urdu dilində danışacağam. Mən isə bu dili bilmədiyim üçün sözləri bir-bir əzbərləyəcəyəm. Sözlərin düzgün tələffüzü mütləqdir. Onlar özləri mənə bu işdə yardımçı olacaqlar. Təbii ki, daha sonra səsləndirmə də olacaq".

C.Hadıyev qeyd edib ki, filmin çəkilişlərinə sabahdan etibarən start veriləcək: "Çəkilişlər sabah başlayır. Hindistandan nümayəndələri artıq bir aydır ölkəmizdədirlər. Məkan olaraq isə Quba rayonu seçilib. Bu gün axşam ora yola düşürəm".

Aktyor filmdən alacağı qonorarı açıqlamasa da, kifayət qədər böyük rəqəm olduğunu gizlətmədi: "Qonorarın nə qədər olduğunu açıqlamaq istəmirəm. Bir onu deyə bilərəm ki, Azərbaycanda qazana biləcəyim məbləğdən qat-qat çoxdur".

Əməkdar artist onu da bildirib ki, filmin premyerasına şəxsən rejissor tərəfindən dəvət alıb. Ekran əsəri isə gələn il avqustun 15-də Hindistanda nümayiş olunacaq.






21 Avqust, 2019  14:23 Baxılıb: 1201 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














sagbanner