Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İrandan Azərbaycana "şokoladlı narkotik" keçirmək istədi

İrandan piyada yolla gələn Azərbaycanın üç vətəndaşı Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda saxlanılıb və sorğu-sual edilərək onlara məxsus əl yükləri yoxlanılıb. Dövlət Gömrük Komitəsindən Simsar.az - a verilən məlumata görə, yoxlama zamanı həmin şəxslərdən birinin təqdim etdiyi yük çantasındakı dörd ədəd şokolad qutusunda yad predmetin olduğu müəyyən edilib və qutulara gömrük baxışı keçirilib.

Qutulardan "Nani", "Eterno" markalı şokoladlarla yanaşı, həmin məhsulların qablaşdırmasına yerləşdirilərək gömrük nəzarətindən gizlədilən, içərisində narkotik və psixotrop maddə olan 24 ədəd uzunsov büküm aşkarlanıb.

Aşkar edilən bükümlərdən 17-də ümumi çəkisi 196 qram təşkil edən ağ rəngli, kristal şəkilli psixotrop maddə - metamfetamin, 6-da ümumi çəkisi 191 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 1-də isə təqribi çəkisi 1 qram təşkil edən qara rəngli narkotik vasitə - tiryək, həmçinin 10 ədəd üzərində "FM 40" yazısı olan açıq qəhvəyi rəngli həb - metadon olduğu məlum olub.

Qeyd edək ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələri"nin II Siyahısına daxildir. Faktla bağlı araşdırma aparılır.






21 Avqust, 2019  12:37 Baxılıb: 712 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ

16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














sagbanner