Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Lerik meşələrindəki yanğın evlərə yaxınlaşır

Lerik və Lənkəran rayonlarının meşə ərazisində baş verən yanğın davam edir. Meşəlik ərazidən başlayan yanğın Lerikin Piran kəndində yaşayış evlərinə yaxınlaşır. Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya Dəstəsinin "BE 200 ÇS" amfibiya təyyarəsi cəlb olunub.

Küləkli hava yanğının söndürülməsi işində çətinlik yaradır. Qeyd edək ki, avqustun 20-si saat 14:00-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hirkan Milli Parkının Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Mürəkkəb relyefli dağlıq ərazidə quru ot, kol-kos və seyrək ağaclıq yanır.

Yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin təyyarə və helikopterləri ilə yanaşı, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb ediliblər.(oxu)






21 Avqust, 2019  12:20 Baxılıb: 750 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner