Bakıda zəncirvarı yol qəzası olub. APA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisindəki körpünün üstündə 7 maşın toqquşub. Qəza nəticəsində bir neçə nəfər yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.