Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Tutu dieta

SOSİAL

Şəki Xan Sarayına giriş bərpa olunub

Şəki Xan Sarayına giriş bərpa olunub. Sarayda baş vermiş hadisədən sonra Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Turizm Agentliyi və Baş Prokurorluq tərəfindən həyata keçirilən müvafiq araşdırma və bərpa işləri başa çatıb.

Bununla da bu gündən etibarən saray turistlərin ixtiyarına verilib.  Qeyd edək ki, bununla bağlı Dövlət Turizm Agentliyi də məlumat yayıb. Məlumatda bildirilib ki, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib: "Yerli və xarici mütəxəssislərin, digər dövlət orqanlarının müsbət rəylərindən sonra sarayın fəaliyyətinin bərpa olunmasına qərar verilib.

Dövlət Turizm Agentliyi yerli və xarici turistləri yenidən saray ərazisində görməkdən məmnun olacağını bildirir və onları Şəki Xan Sarayını ziyarət etməyə dəvət edir".

Xatırladaq ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın, təxminən, 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşməsi nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan 2-si Azərbaycan əsilli Rusiya vətəndaşı, 5-i Suriya vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşlarıdır. Hadisə nəticəsində yaralanan Azərbaycan vətəndaşlarından biri xəstəxanada dünyasını dəyişib. Hadisədən sonra Dövlət Turizm Agentliyinin rəhbərliyinin qərarı ilə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bağlanıb.






9 Avqust, 2019  10:16 Baxılıb: 183 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

10 Dekabr, 2019  09:55

10 Dekabr, 2019  09:52











7 Dekabr, 2019  13:17

7 Dekabr, 2019  13:04

7 Dekabr, 2019  12:36



7 Dekabr, 2019  10:06




6 Dekabr, 2019  14:25


6 Dekabr, 2019  10:04







5 Dekabr, 2019  09:28

5 Dekabr, 2019  09:25








4 Dekabr, 2019  10:58

4 Dekabr, 2019  10:55








3 Dekabr, 2019  13:56

sagbanner