Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SİYASƏT

Rəsmi Bakıdan Ermənistan XİN-in Paşinyanın Xankəndi səfəri ilə bağlı mövqeyinə cavab

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Baş naziri Nikol Paşinyanın Xankəndi şəhərinə qanunsuz səfəri ilə bağlı Ermənistan XİN-in mövqeyinə münasibət bildirib. Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinə qanunsuz səfəri zamanı səsləndirdiyi təxribatçı fikirlərə münasibətdə rəsmi Bakının qəti mövqeyinin əks olunduğu 6 avqust tarixli bəyanatına Ermənistan Xarici İşlər Nazirliyinin kifayət qədər xaotik və məntiqi izahı olmayan cavabı diqqəti cəlb edib: “Hesab edirik ki, Azərbaycana qarşı silahlı təcavüz həyata keçirərək ölkəmizin Dağlıq Qarabağ və ətraf bölgələrini qanunsuz güc tətbiqi ilə işğal edən, bu ərazilərdəki azərbaycanlı əhaliyə qarşı tam etnik təmizləməni həyata keçirən və Xocalı şəhərində soyqırımı aktı törədən Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycanı sivil normalara və ədəb-ərkana riayət etməməkdə, habelə dözümsüzlükdə ittiham edə biləcək subyektlər sırasında ən sonuncudur.

Üstəlik, Ermənistan XİN Azərbaycan hökumətini N.Paşinyanın Xankəndidə Ermənistan, Qarabağ və diaspor üçün “birlik, həmrəylik, inkişaf və tərəqqi” mövzusunda etdiyi çıxışının mahiyyətini və məzmununu başa düşməməkdə inandırmağa çalışır”.

Qeyd olunub ki, bu ölkənin baş nazirinin arxasınca “nəcib niyyətini” oxşar və yöndəmsiz şəkildə izah edən Ermənistan XİN faktiki olaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə münasibətdə rəsmi Ermənistan tərəfindən anneksiya siyasətinin aparıldığını etiraf edir:“Ermənistan tərəfinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin məntiqinə xələl gətirən belə bir qeyri-adekvat yanaşmanı nümayiş etdirməsi regional gərginliyə səbəb olur və bunun məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür.

Ermənistan XİN-in başa düşməkdə çətinlik çəkdiyi, Azərbaycan Xarici İşlər Nazirliyinin 6 avqust tarixli və kifayət qədər aydın yazılmış bəyanatında məhz bu sözlər qeyd edilir”.(oxu)






7 Avqust, 2019  12:30 Baxılıb: 184 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


11 Oktyabr, 2019  09:54

10 Oktyabr, 2019  17:36

10 Oktyabr, 2019  17:00



10 Oktyabr, 2019  16:13


10 Oktyabr, 2019  15:40









10 Oktyabr, 2019  09:22



10 Oktyabr, 2019  09:02










9 Oktyabr, 2019  11:25

9 Oktyabr, 2019  09:15



8 Oktyabr, 2019  17:29





8 Oktyabr, 2019  14:34









8 Oktyabr, 2019  09:28

sagbanner