Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Xızıda yaşlı qadının 950 manatını soyublar

Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən yaşlı qadına qarşı soyğunçuluq etməklə 950 manat pulu ələ keçirən Bakı şəhər sakini, 37 yaşlı Anar Cəfərov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional qrupundan Simsar.az - a verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Anar Cəfərovun ətrafında aparılan araşdırmalar nəticəsində onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması da məlum olub. Polis əməkdaşları tərəfindən onun Xızı rayonu ərazisində müvəqqəti yaşadığı evə keçirilən baxış zamanı oradan 441 qram narkotik vasitə olan qurudulmuş marixuana və 41 qram tiryək aşkarlanaraq götürülüb.

Faktla əlaqədar A.Cəfərov barəsində AR Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.






7 Avqust, 2019  11:22 Baxılıb: 830 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner